AZ

Ukraynalı həbçi azərbaycanlı ata ilə oğulu güllələdi ANBAAN VİDEO

Sitat.info saytına istinadən ain.az xəbər verir.

Sitat.info xəbər verir ki, Ukraynanın Kiyev vilayətində dəhşətli hadisə baş verib. İlkin məlumata görə, keçmiş hərbçi milli zəmində azərbaycanlı ailəyə atəş açıb.

Məlumatlara əsasən, münaqişə mağazada başlanıb. Azərbaycanlı ailə üzvü malı endirimlə satmaqdan imtina edib. Bundan sonra hərbçi kobud ifadələr işlədərək, “cəbhədə bu çurkalara görə döyüşdüm, onlar isə arxada bizneslə məşğuldur” sözlərini deyib. Sözlü mübahisə qısa müddətdə böyüyüb və faciəyə çevrilib.

Hadisə iştirakçısı evinə gedərək silah götürüb və geri qayıdaraq ata və oğula atəş açıb. Nəticədə 28 yaşlı Rəhimov İsmayıl Fərman oğlu hadisə yerində həlak olub. Onun atası isə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən keçmiş hərbçi polis tərəfindən saxlanılıb. Hazırda istintaq aparılır.

Ekspertlər bu hadisəni Ukraynada milli zəmində baş verən təhlükəli tendensiyanın daha bir nümunəsi kimi qiymətləndirirlər.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
sitat.info

2Mənbələr