AZ

Fransız məhkəməsi Rusiyaya sığınan Bəşər Əsəd barəsində həbs orderi verib

Order sabiq Suriya prezidenti ilə yanaşı altı keçmiş məmura da şamil olunur...

Poliqon xəbər verir ki, Fransada məhkəmə Suriyanın sabiq prezidenti Bəşər Əsəd barəsində beynəlxalq həbs orderi verib. Məlumata görə, Əsəd hazırda Rusiyada gizlənir.

Fransız məhkəməsinin qərarı yalnız Bəşər Əsədi deyil, həmçinin onun hakimiyyəti dövründə yüksək vəzifələr tutmuş daha altı keçmiş suriyalı rəsmini də əhatə edir. Onlar Suriya vətəndaş müharibəsi zamanı insanlığa qarşı cinayətlər və kütləvi qətliamlarda iştirakda ittiham olunurlar.

Həbs orderinin əsaslandırılmasında qeyd olunur ki, həmin şəxslər 2011-ci ildən sonra Suriyada dinc əhaliyə qarşı həyata keçirilən zorakılıqlarda məsuliyyət daşıyırlar. Fransız ədliyyə orqanları onların beynəlxalq hüququ pozduğunu və hərbi cinayətlər törətdiyini bildirir.

Qeyd edək ki, bu qərar Fransa ilə Avropanın digər dövlətlərinin Suriya rejiminin keçmiş rəhbərliyinə qarşı hüquqi təzyiqlərinin bir hissəsi hesab olunur. Mütəxəssislərin fikrincə, məhkəmənin qərarı icra edilməsi çətin olsa da, bu addım beynəlxalq hüquqda presedent yarada bilər.

Poliqon.info

Seçilən
78
poliqon.info

1Mənbələr