GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Əgər SDF/YPG Suriya ilə əldə edilən razılaşmanı yerinə yetirməsə, Ankaranın və Dəməşqin birgə hərbi əməliyyatı qaçılmaz olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib.
Martın 10-da Suriya hakimiyyəti SDF-in dövlət institutlarına inteqrasiyasını nəzərdə tutan sazişin imzalandığını açıqlayıb. Rəsmi açıqlamalara baxmayaraq, SDF-in praktiki addımları bir-birinə zidd siqnallar kimi qiymətləndirilir.
Suriya Prezidenti Əhməd əş-Şəraa isə bildirib ki, Suriya, SDF, ABŞ və Türkiyə arasında razılaşma ilə bağlı qarşılıqlı anlayış mövcuddur. Onun sözlərinə görə, əgər Suriyanın şimal-şərqindəki bu dörd əsas oyunçu razılaşıbsa, o zaman həmin anlaşma mütləq icra edilməlidir.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.