Avropa Birliyi səhiyyə xidmətlərini, su və sanitariya sahəsini dəstəkləmək, eləcə də zərərçəkənlərə yardımı məqsədi ilə Pakistana bir milyon avro ayıracaq.
Sitat.info xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
O, AB-nin dağıdıcı daşqınlardan əziyyət çəkən Pakistanın yanında olduğunu bildirib.