2025/2026-cı il mövsümü üçün hazırlığını davam etdirən “Səbail” PFK ilk əcnəbi transferini reallaşdırıb.
Operativ Media xəbər verir ki, son olaraq, Braziliyanın “Patriatos” klubunda çıxış etmiş 23 yaşlı dayaq yarımmüdafiəçisi Afonso Almeida Duarte ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" bu mövsüm Azərbaycan I Liqasında çıxış edəcək.