AZ

İlkay Gündoğan ''Qalatasaray''da!

Transfer dönəminin sonuna yaxın fəallaşan və ''Trabzonspor''un qapıçısı Uğurcan Çakırı heyətinə qatan ''Qalatasaray'' növbəti bir mühüm transferi reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi yayboyu danışıqlar apardığı daha bir tanınmış futbolçu - İlkay Gündoğanın keçidini bitirib. ''Mançester Siti''dən ayrılan türkəsilli almaniyalı futbolçu çərşənbə axşamı yerli vaxtla saat 17.00-da İstanbula gəlib.

Hava limanında ilk açıqlamalarını verən İlkay bunları deyib:
''Qismət bu günə imiş. Çox həyəcanlıyam. Böyük ''Qalatasaray''lıyam. Ailəlikcə beləyik. Daim bu klubu təqib edirdim. Bizim üçün qürurverici bir gündü. Sevincimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sane ilə ən son iki həftə öncə görüşmüşdük. Yaxın dostuq və meydanda da bir-birimizi gözəl anlayırıq. Ailəlikcə xoşbəxt və qürurluyuq. Okan Buruk ilə söhbət etdim və ondan sonra hər şey sürətlə cərəyan etməyə başladı. Başqa təkliflər də var idi. Amma heç biri ürəyimcə deyildi. ''Qalatasaray''la danışıqlara hələ mayın sonundan başlamışdım. Bir qədər gözləmək məcburiyyətində qaldım. Amma sonda istəyimə çatdım. Yuvama gəldim. Bu camiənin bir parçası olmaq qürurvericidi''.
Qeyd edək ki, ulduzu Dortmund ''Borussiya''sında parlayan və uzun illərdi, ''Mançester Siti''nin şərəfini qoruyan 34 yaşlı yarımmüdafiəçi 2023/24-ü ''Barselona''da keçirmişdi. İlkay Almaniya yığmasında oynamaq qərarını 2015-ci ildən öncə verdiyi üçün Türkiyə Futbol Federasiyasının təlimatnaməsinə əsasən superliqada yerli statusunda oynayacaq.

İddialara görə Gündoğan ilə ikiillik müqavilə imzalanacaq. Onun illik maaşı isə 5 milyon avro civarında olacaq. Bu transfer Türkiyə çempionuna havayı başa gəlib. Bundan başqa ''Cim-Bom''un Karlos Kuestanı ''Vasku da Qama''ya, Nikolo Zanyolonu isə ''Udineze''yə icarəyə verdiyini bildirək.
Seçilən
21
football-plus.az

1Mənbələr