Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun "Ailə" serialındakı dublyoru Mehmet Tan serialdan bir görüntü paylaşıb.
Ölkə.Az xəbər verir ki, o ekran işindən evdəki yanğın səhnəsini izləyiciləri ilə bölüşüb.
Görüntülər qısa zamanda insanların böyük marağına səbəb olub.
M.Tan çalışdığı prodüser şirkətinin onu işdən çıxardığını açıqlayıb.
“Məqsədim qətiyyən kimisə pisləmək deyildi. Artıq dublyorluq etmək istəmirəm”, - deyə o əlavə edib.
Kaskadyora dəstək verən şəxslər aktyor K.Tatlıtuğu tənqid atəşinə tutub.
Bildirilib ki, Tatlıtuğ hadisə ilə bağlı tədbir görməlidir və səssiz qalmamalıdır.
Billurə