AZ

“Daha yaşıl Azərbaycan üçün gənc nəsil” - Dəyirmi masa keçirildi

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihə çərçivəsində dəyirmi masa keçirib.

Bu barədə Yenisabah.az-a “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin Mətbuat Xidmətindən məlumata verilib. 

Bildiirlib ki, təşkilatın sədri Aynurə Miriyeva iştirakçıları salamlayıb, layihə və onun hədəfləri barədə geniş məlumat verib. O bildirib ki, layihə fəaliyəti Bakıda bu gün baş tutan müzakirələrlə başlayıb Azərbaycanın 5 kənd məktəbində davam edəcək.Ekoloji problemlərin həlli isitiqamətdə və Bakıda keçirilən COP-29 tədbirlərinin davamı olaraq gənclərin üzərinə düşən vəzifələr barədə otra məktəblərdə seminarlar keçiriləcək.

Daha sonra Kamran Hüseynli qlobal iqlim dəyişikliyi və onun dünya və ölkəmiz üçün fəsadları,iqlim dəyişiklikləri ilə mübarizə, COP-29 sonrakı dönəmdə Azərbaycanın iqlim dəyişiklikləri istiqamətində atacağı addımlar barədə təqdimat edib.

O həmçinin bildirdi ki,layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP29 irsinin əhəmiyyətini vurğulamaqdır. Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri, və həll yolları haqqında məlumat veriləcək. Seminarlarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsi ilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək,COP29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq layihənin əsas məqsədləri arasındadır. pizza mizza

Təqdimat bitdikdən sonra Dayanıqlı inkişaf üzrə ekspert,CBC TV-nin Dayanıqlıq və İnkişaf verilişinin müəllifi Liya Bayramova,Ümidli Gələcək Sosia Təşəbbüslər İctimai Birliyinin rəhbəri,uşaq hüquqları üzrə ekspert Kəmalə Aşumova,Bakı QHT Təlim və Resurs Mərkəzinin rəhbəri Rauf Zeyni,Vətəndaş Maarifləndirilməsi İctimai Birliyinin sədri Elşad Məmmədli, "Araz" Humaitar Tədqiqatlar İctimai Birliyinin sədri Lütfəli Zeynallı, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli,QHT təmsilçiləri Esmira Xələfova,Fərhad Qəşəmli və Kamran Hüseynli ekoloji problemlər və həlli istiqamətində təkliflərlə çıxış etmişlər.

Layihə fəaliyyətləri İmişli şəhər 1 saylı,Biləsuvar rayonu Səmədabad kənd, İmişli rayonu Hacalmuradlı kənd, Füzuli rayonu Zobucuq-2 və Cəbrayıl rayonu 5 saylı qəsəbə orta məktəblərində davam edəcək.


Telegram kanalımız
Seçilən
12
3
yenisabah.az

6Mənbələr