AZ

Repetitorluq fəaliyyəti lisenziyalaşdırılsın Ekspert

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün ölkədə pedaqoji təhsili olmayan insanlar da repetitorluq edirlər. Hətta ali təhsili olmayan repetitorlar da var. Təhsili olan, olmayan, başqa sahədə təhsili olan, aşağı nəticə göstərdiyi üçün sertifikasiya imtahanından keçə bilməyən müəllimlərin bir qismi bu gün repetitorluqla məşğuldur.  Çünki bu sahəyə nəzarət yoxdur. Repetitorluğun özünə nəzarət sistemi yoxdur”.

Bunu təhsil eksperti Elşən Qafarov 525.az-a deyib. O bildirib ki, beynəlxalq sistemdə repetitorluq etmək üçün lisenziya almaq tələb olunur. Azərbaycanda isə repetitorluq edənlərin qarşısına bu tələb qoyulmayıb:

“Repetitorluq etməyə savadı çatmayan insanların şagird hazırlaşdırması yolverilməzdir. Ona görə də bu sahədə mövud olan neqativ halları aradan qaldrmaq üçün repetitorluq fəaliyyəti lisenziyalaşdırılmalıdır”.

Sevinc QARAYEVA

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
29
525.az

10Mənbələr