
ABŞ prezidenti Donald Trampın ailəsinin sərvəti World Liberty Financial şirkətinin buraxdığı WLFI kriptovalyutasının ticarətə başlamasından sonra 5 milyard dollar artıb. Bu barədə The Wall Street Journal (WSJ) xəbər yayıb.Qeyd olunur ki, ötən il investorlar WLFI-ni 0,015 dollara alıblar. 1 sentyabrda isə token dünyanın ən böyük kriptobirjalarından olan Binance-də 0,3 dollar qiymətinə çatıb. Həmin günün sonunda qiymət 0,2 dollara düşüb.“Bu, ABŞ prezidentinin və onun oğullarının gözlənilməz mənfəət əldə etdiyini təsdiqləyir”, — yazır qəzet.WSJ qeyd edir ki, Tramp ailəsinin sərvəti əvvəllər 6,1 milyard dollar idi. Yalnız bir gündə əlavə 5 milyard dollar qazanıblar.“Hazırda WLFI Tramp ailəsinin ən dəyərli aktivinə çevrilib və onların daşınmaz əmlak portfelini geridə qoyub”, — deyə məqalədə bildirilir.Xatırladaq ki, bu ilin mayında Tramp və onun tərəfdarlarının Trump tokeninin işə salınmasından bəri 324,5 milyon dollar komissiya qazandıqları açıqlanmışdı.Ulusum.az
Diqqət Çəkənlər
Pakistanın Azərbaycandakı səfiri ölkəmizə dəstək ifadə edib
Tramp: Tarixdə heç kim mənim etdiyimi etməyib
Nifrət şərhləri ilə necə mübarizə aparmalı?