AZ

Ten Haq "Bayer"dən 5 milyon təzminat aldı

Niderlandlı mütəxəssis Erik ten Haq Almaniyanın "Bayer" klubundan ayrılmasına görə təxminən 5 milyon avro təzminat alıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Almaniyanın məşhur "Sport Bild" nəşri məlumat yayıb.

Xatırladaq ki, ten Hag bu ilin may ayında "Bayer"ə baş məşqçi olaraq təyin olunmuşdu.

Yeni mövsümün ilk iki oyununda "Bayer" yalnız bir xal qazanıb. Növbəti Bundesliqada keçiriləcək oyunda "Bayer" evdə Frankfurtun "Ayntraxt" komandası ilə qarşılaşacaq. Matç 12 sentyabr cümə günü, saat 21:30-da (MSK) başlayacaq.

Erik ten Haq daha əvvəl "Mançester Yunayted" və "Ayaks" komandalarında çalışıb. O, "Mançester Yunayted"lə İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb, "Ayaks"la isə Niderland çempionatını qazanıb.

Seçilən
3
90deqiqe.az

1Mənbələr