Ajans.az xəbər verir ki,bu barədə Mash Telegram kanalı məlumat yayıb. Fadeev 2017-ci ildə Rusiyanın əsas rep qrupları Black Star və Gazgolder ilə rəqabət aparmaq məqsədilə etiketi işə salmışdı. Şirkətin əsas sənətçiləri Kayser, Uknow, Raskol (aka Raskolnikov) və Mirnı olub. Bir neçə albom və video çəkilsə də, etiket heç vaxt özünü maliyyə baxımından təmin edə bilməyib. Prodüser Qırmızı Günəşi bağlamaq üçün vergi orqanlarına ərizə təqdim edib. Bundan sonra Federal Vergi Xidməti onun digər layihəsi – Malfa istehsal mərkəzini də bağlayıb. Malfa Fadeev tərəfindən ötən il bağlandığı elan edilmişdi. Bundan əvvəl Fadeev həmkarı İqor Krutoy ilə uzun müddət davam edən münaqişəyə münasibət bildirərək, özünü torpaq sahibi ilə müqayisə etmişdi.