AZ

Paşinyan Turan və Zəngəzur dəhlizindən danışdı

BAKI, 2 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında Zəngəzur dəhlizi barədə yazıb.

Teleqraf xəbər verir ki, o, paylaşımında məsələ ilə əlaqədar yerli radiolardan birində gedən söhbətə istinad edib.

“Erməni radiosuna sual verilir: “Ermənistan hökumətinin (Paşinyan) Azərbaycana birtərəfli üstünlüklər gətirən “Böyük Turan” layihəsinin həyata keçirilməsi çərçivəsində Zəngəzur ekstraterritorial dəhlizini verməsi doğrudurmu?

Erməni radiosu cavab verir: “Düzdür, amma “Böyük Turan” yox, “Sülh qovşağı” layihəsi çərçivəsində, Zəngəzur yox, “Tramp marşrutu” çərçivəsində, ekstraterritorial dəhliz yox, ərazi bütövlüyü, yurisdiksiya, suverenlik və sərhədlərinin toxunulmazlığı çərçivəsində, birtərəfli yox, qarşılıqlı olaraq”, - baş nazir qeyd edib.

Seçilən
62
2
teleqraf.com

3Mənbələr