AZ

Politoloq: Çin və Azərbaycan arasındakı münasibətlər artan xətt üzrə inkişaf edir

"Çin və Azərbaycan arasındakı münasibətlər artan xətt üzrə inkişaf edir. Məlum olduğu kimi, Azərbaycan Prezidenti ŞƏT-in Zirvə Toplantısında iştirak edib. Sammitdə çıxışı zamanı o, dünyadakı proseslər fonunda Azərbaycanın xarici siyasəti, regionda baş verən hadisələr və Çinlə əməkdaşlıq məsələlərinə də toxunub. Şübhəsiz ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan Çin Azərbaycan üçün prioritet tərəfdaşlardan biridir".

Operativ Media xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov bildirib:

"Eyni zamanda, bu ölkənin iqtisadi göstəriciləri və inkişaf tempi hər kəsə məlumdur. Beləliklə Azərbaycan–Çin münasibətlərinin həm siyasi, həm də iqtisadi əsasları kifayət qədər ciddi və genişdir.

Bu kontekstdə son zamanlar Çinin Cənubi Qafqaza artan diqqəti, bölgədə həyata keçirilən layihələrlə bağlı Azərbaycan–Çin arasında genişlənən dialoq da onu göstərir ki, rəsmi Pekin üçün Bakı ilə münasibətlərin inkişafı hazırda mühüm istiqamətlərdən biridir. Xüsusilə, dünyada davam edən ciddi geosiyasi və geoiqtisadi proseslər əlaqələrin daha da intensivləşməsinə və sürətli inkişafına zəmin yaradır".

Seçilən
12
operativmedia.az

1Mənbələr