AZ

Rusiya və ABŞ arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçiriləcək

Rusiya və ABŞ-nin xarici siyasət idarələri arasında məsləhətləşmələrin növbəti raundu keçiriləcək. 

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

""İndi növbəti Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr raundu planlaşdırılır. Həll olunmamış çoxlu məsələlər var", - deyə Uşakov bildirib. 

Onun sözlərinə görə, münasibətlər, ilk növbədə, Ukrayna münaqişəsinin müzakirəsi istiqamətində inkişaf edir. İkitərəfli münasibətlərin hər hansı inkişafı barədə danışmaq tezdir", - o qeyd edib. 

Xatırladaq ki, Rusiya-ABŞ məsləhətləşmələrinin birinci raundu fevralın sonunda, ikinci tur isə aprelin 10-da İstanbulda baş tutub.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
0
missiya.az

1Mənbələr