AZ

Emin Ağalarov Bakıda və Rusiyanın bir neçə şəhərində konsert verəcək

Müğənni və biznesmen Emin Rusiyanın bir neçə şəhərində konsert verəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Müğənni qeyd edib ki, proqrama noyabrın 23-də Rusiyanın Naberejnie Çelni şəhərində təşkil ediləcək konsertlə start verəcək. pizza

O, noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijniy Novqorod, dekabrın 2-də isə Moskvada səhnəyə çıxacaq.

Xalq artisti dekabrın 6-da Bakıda da konsert verəcək.

Qeyd edək ki, Emin iyunun əvvəli Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində keçiriləcək konsertini təxirə salmışdı.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr