BAKI, 2 sentyabr. TELEQRAF
Xocavənd rayonunun Quzeyxırman kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 10 098 kv.m olan 60 fərdi yaşayış evi təmir ediləcək.
Teleqraf xəbər verir ki, təmirişlərinə 3 milyon 675 min 894 manat vəsait xərcləyəcək.
Qeyd edək ki, eyni şirkət bu il ərzində həmin qurumun sifarişi ilə Quzeyxırman kəndində fərdi yaşayış evlərinin təmirini icra edib. Həmin müqavilənin dəyəri 6 milyon 230 min 240 manat təşkil edib.
Bundan əlavə, “Az-Caspian Construction” MMC Elm və Təhsil Nazirliyinin tabeliyindəki “Əsaslı Tikinti və Təchizat İdarəsi”nin sifarişi ilə Xankəndi şəhərində yerləşən 7 (2-ci və 3-cü) yataqxana tipli yaşayış binasının əsaslı təmirini həyata keçirib. Bu müqavilənin dəyəri isə 4,5 milyon manat olub.
Məlumat üçün bildirək ki, “Az-Caspian Construction” MMC 21 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir. Qanuni təmsilçisi isə İbadov Rəşad Əsəd oğludur. Hazırda şirkətin vergi borcu 1 milyon 861min 609 manatdır