Avropa İttifaqının (Aİ) Azərbaycana yeni təyin olunmuş səfiri Marijana Kujundjiç Bakıya gəlib.
Bu barədə Missiya.Az-a Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, bu təyinatdan öncə Marijana Kujundjiç Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olaraq çalışıb.
O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.