AZ

İlkay “Qalatasaray” üçün Bakıya gəlir

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu “Qalatasaray”la anlaşmaya gəlib. Almaniyalı oyunçu sərbəst agent kimi İstanbul klubuna qoşulacaq.

Tərəflər 2027-ci ilin yayına qədər qüvvədə olacaq iki illik müqavilə imzalamaq barədə razılığa gəliblər.

Xəbərə əsasən, Gündoğan bu axşam İstanbula gələrək tibbi müayinədən keçəcək. Daha sonra transfer rəsmi şəkildə açıqlanacaq.

 

Seçilən
11
1
idmanxeber.az

2Mənbələr