AZ

Eminin Rusiya ilə bağlı planı dəyişdi

Xalq artisti Emin Ağalarov Rusiyada təxirə düşən konsertlərini bərpa edib.

Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O, konsertlərinin siyahısını açıqlayıb.

Emin bildirib ki, ilk konserti noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində keçiriləcək. Rusiyadakı növbəti konsertlər noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod, dekabrın 2-də isə Moskvada planlaşdırılıb.

O həmçinin qeyd edib ki, dekabrın 6-da Bakıda ənənəvi konserti olacaq.

Seçilən
9
publika.az

1Mənbələr