AZ

Emin Rusiyada konsertlər verəcək

Tanınmış müğənni və biznesmen Emin Rusiyanın bir neçə şəhərində konsert proqramları ilə çıxış edəcək.

OLAY yazır ki, Emin bu barədə sosial media hesabında məlumat verib.

O bildirib ki, noyabrın 23-də Rusiyanın Naberejnıe Çelnı şəhərində təşkil ediləcək konsertlə yeni mövsüm açılışını edəcək.

Eminin Rusiyadakı növbəti konsertləri noyabrın 24-də İjevsk, noyabrın 25-də Kirov, noyabrın 26-da Nijni Novqorod, dekabrın 2-də isə Moskvada olacaq. Xalq artisti dekabr ayının 6-da isə Bakıda konsert verəcək.

Xatırladaq ki, Emin daha öncə Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşməsi səbəbindən Svetloqorsk şəhərində baş tutacaq konsertini təxirə salmışdı.

Seçilən
32
7
olay.az

8Mənbələr