AZ

Qaçaqmalçılar Bərdədə ifşa olundu: 10 kq narkotik tapıldı

Qaçaqmalçılar

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.Bu barədə DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.Tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər öncədən əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar.Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.Ulusum.az

Diqqət Çəkənlər

Əfqanıstanda güclü zəlzələ: 500 nəfər həlak oldu

Pakistanın Azərbaycandakı səfiri ölkəmizə dəstək ifadə edib

“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ

Seçilən
34
5
ulusum.az

10Mənbələr