AZ

Tələbə və təqaüdçülərə ŞAD XƏBƏR- Gediş haqlarında güzəşt təklifləri

Ajans.az mövzunu geniş araşdırıb.  Məsələ ilə bağlı deputat Vüqar Bayramov Ajans.az-a açıqlama verib.  Ekspert bildirib ki, ictimai nəqliyyatda qiymətlərin tənzimlənməsi Tarif Şurasının səlahiyyətinə  daxildir. Qiymət artımı ilə  bağlı isə,  hələ ki, rəsmi açıqlama qəbul edilməyib. Tarif Şurasına bir neçə məsələ ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib.  Bu təkliflərə fərqli kartların tətbiq edilməsi( bir neçə ölkədə olduğu kimi), məsafədən asılı olaraq qiymətin hesablanması daxildir.  Vüqar Bayramov qeyd edib ki, bəzi hallarda sərnişinlər uzun və ya qısa məsafədən olaraq eyni gediş haqqını  ödəyirlər. Lakin bu proses dəyişilməlidir. Məsafəyə uyğun olaraq, vətəndaş müəyyən məbləğdə pul ödəməlidir.  Həmçinin, günlük, həftəlik, aylıq kartlara da ehtiyac var. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər bu kartlardan yararlana bilərlər. Bu da vəsaitə qənaət edilməsinə şərait yarada bilər. 

Deputat söyləyib ki, təkliflərdən biri də həssas qruplar üçün güzəştlərin tətbiq edilməsidir. Bu da həm tələbələr, həm də təqaüdçülər üçün keçərlidir. Əlverişli olardı ki, həmin şəxslər ictimai nəqliyyatdan güzəştli şərtlər ilə istifadə edə bilsinlər. Oxşar güzəştlərin Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərə hələ ki, rəsmi cavab yoxdur.

Seçilən
42
2
Ajans.az

3Mənbələr