AZ

İrəvanın mərkəzində partlayış baş verib

BAKI, 2 sentyabr. TELEQRAF

Ermənistanın paytaxtı İrəvanın mərkəzində partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Hadisə şahidləri bildiriblər ki, Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsində “Toyota Sienna” markalı avtomobil partlayıb. İlkin məlumata görə, patlayışa səbəb avtomobilin yük yerində quraşdırılmış qaz balonu olub. Nəticədə, avtomobildə olan bir nəfər əcnəbi alıb. Yoldan keçənlər onu yaralı halda maşından çıxarıblar.

Partlayış zamanı yaxınlıqdakı sərnişin avtobusuna da ziyan dəyib. Partlayış onun bir neçə pəncərəsini sındırıb. Amma sərnişinlərdən xəsarət alan olmayıb. Bundan başqa, üç avtomobilə də ziyan dəyib. Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

Seçilən
80
2
teleqraf.com

3Mənbələr