ain.az, Cebheinfo saytına istinadən bildirir.
Türkiyədə maraqla izlənən “Kızılcık Şerbeti”nin serialdan ayrılan aktrisası layihəyə geri dönüb.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat yayıb.
Belə ki, serialda Çimen obrazını canlandırmış Selin Türkmen yeni sezonun 5-ci bölümündən etibarən “Kızılcık Şerbeti”ndəki roluna davam edəcək.
Qeyd edək ki, S.Türkmen 3-cü sezondan etibarən serialdan ayrılmışdı.
Xatırladaq ki, yeni mövsümdə seriala daha iki aktyor da qatılacaq. Onlar Açelya Akkoyun və Mehmet Bilge Aslandır. Ər-arvad kimi serialda oynayacaq aktyorlar “Nilgün” və “Hakan” obrazlarını canlandıracaqlar.
"Cebheinfo.az"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.