"Qalatasaray"ın yeni transferi İlkay Gündoğan bu gün İstanbulda olacaq.

Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu azad agent kimi "Mançester Siti"dən ayrılacaq. "Sarı-qırmızılar" onun üçün heç bir transfer məbləği ödəməyəcək.

İlkay "Qalatasaray"la iki illik müqavilə imzalayacaq. O, ilinə 5 milyon avro məvacib qazanacaq.