AZ

Əgər yanımda Poroşenko olsaydı, onu da öldürərdim

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ukraynada Ali Radanın keçmiş spikeri Andrey Parubiyinin qətlində şübhəli bilinən Mixail Sçelnikov məhkəmə öncəsi şok açıqlama verib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Jurnalistlər Sçelnikovdan “Niyə məhz Parubiy?” sualını soruşduqda o belə cavab verib: “Çünki o, yanımda idi. Əgər orada Petyа da (Poroşenko) olsaydı, deməli onu öldürəcəkdim”.

O, həmçinin qətlə yetirdiyi şəxsi tanıdığını və cinayəti törətdiyini inkar etmədiyini bildirib. Daha sonra isə əlavə şərh verməkdən imtina edib. Xatırladaq ki, daha əvvəl Ukrayna Milli Polisi Sçelnikovun saxlanılma anının görüntülərini yayımlamışdı. Rəsmi qurum onun bu cinayətə uzun müddət hazırlaşdığını açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
unikal.az

1Mənbələr