
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Suriyanın Deyr-əz-Zor bölgəsində uran izləri aşkar edib. Bu barədə Reuters agentliyi təşkilatın məxfi hesabatına istinadən xəbər verib.Xatırladaq ki, 2018-ci ildə İsrail 2007-ci ilin sentyabrında Suriyada inşa edilən gizli nüvə reaktoruna endirilmiş hava zərbəsi barədə məlumatı açıqlamışdı. Həmin dövrdəki Suriya hakimiyyəti isə nüvə reaktoru yaratmaq cəhdini təsdiqləməmişdi.MAQATE-nin hesabatında deyilir:“BMT-nin nüvə nəzarət orqanı 2007-ci ildə İsrail tərəfindən dağıdılmış binanın təyinatı ilə bağlı araşdırmalar zamanı uran izləri aşkar edib. Agentliyin fikrincə, həmin bina ehtimal ki, bəyan edilməmiş nüvə reaktoru olub.”Məlumata görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü ildə) MAQATE ölkənin üç müxtəlif məkanında ətraf mühitdən nümunələr götürüb. Həmin yerlərin “funksional olaraq Deyr-əz-Zorla bağlı” olduğu qeyd olunub. Nümunələrdən birində antropogen (insan fəaliyyəti nəticəsində yaranmış) uran aşkarlanıb. Hazırkı Suriya hakimiyyəti isə Deyr-əz-Zorda uranın mənşəyini izah edə bilmədiyini bildirib.Hazırda MAQATE Suriyanın adıçəkilən bölgəsində yeni nümunələr götürməyi planlaşdırır. Araşdırma ehtimal edilən gizli nüvə proqramı ilə bağlı aparılır.Ulusum.az
Diqqət Çəkənlər
Əfqanıstanda güclü zəlzələ: 500 nəfər həlak oldu
Pakistanın Azərbaycandakı səfiri ölkəmizə dəstək ifadə edib
Emin Əmrullayev Gədəbəydə vətəndaş qəbulu keçirəcək