"Mançester Siti"nin müdafiəçisi Manuel Akanci karyerasını İtaliya nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusunu sonradan transfer hüquqlarına yiyiələnə bilmək şərti ilə "İnter" icarəyə götürüb.
Məlumatı Milan təmsilçisinin mətbuat xidməti yayıb.
2017-ci ildən İsveçrə millisinə çağırılan Akanci daha öncə ölkəsinin "Vintertur" və "Bazel" komandalarında top qovub. Daha sonra Dortmund "Borussiya"sının uğurları üçün çalışan 30 yaşlı futbolçunun MS ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir.
Nihat