AZ

Dünya liderləri ŞƏT də

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Modi-Putin-Şərif münasibətləri və təşkilatdakı rolları

Avqustun 31-də başlayan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti liderləri Tyantszin şəhərində toplaşan ölkələrin mediası üçün əsas hadisəyə çevrilib. Ekspertlər öz ölkələrinin ŞƏT-dəki rolunu yüksək qiymətləndirir və başqalarını araşdırmaq fürsətini əldən vermirlər.

Daily Sabah (İstanbul, Türkiyə)

Ərdoğan ŞƏT zirvəsinə Qəzza və yeni dünya nizamını düşünərək gəlir

Türkiyə soyuq müharibə dövrünün çirkin qütbləşməsinin zaman-zaman göründüyü bir dünyada ideoloji oriyentasiyasından asılı olmayaraq bütün ölkələrlə dostluq əlaqələri qurmaqla milli maraqları tarazlaşdıraraq diplomatiyaya incə yanaşma nümayiş etdirir. Ankaranın Çin və Rusiya ilə əlaqələri gücləndirmək cəhdləri Qərb dünyası ilə uzunmüddətli tərəfdaşlıqdan uzaqlaşma kimi şərh olunur. Amma Türkiyə bu ittihamları rədd edir və onunla fikir ayrılıqları qalmasına baxmayaraq, həmişə adı çəkilən dünyanın lehinə çalışıb və axtarmağa davam edir.

Daily Jang (Karaçi, Pakistan)

Baş nazir Şahbaz Şərif ŞƏT sammitində dünya liderlərinin diqqət mərkəzində qalıb

Baş nazir Şərifi dünya liderləri görünməmiş hərarətlə qarşılayıblar. Bu görüşlərdə müşahidə olunan yaxınlıq Pakistanla bu ölkələr arasında olan qardaşlıq və dostluq münasibətlərini əks etdirir.

Calibre (Bakı, Azərbaycan)

Azərbaycan - ŞƏT: xüsusi çalarlar ilə polifoniya

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə işgüzar səfəri və ölkə başçısının ŞƏT sammitində iştirak etməsi dövlətimizin mühüm beynəlxalq nüfuzuna əyani şəkildə dəlalət edir... Bu gün Azərbaycan ŞƏT-in 2016-cı ildə aldığı dialoq tərəfdaşı statusuna malikdir. Baxmayaraq ki, Bakının təşkilat üçün əhəmiyyəti, əlbəttə ki, konseptual tərəfdaşdan daha çoxdur”.

Nournews (Tehran, İran)

Pezeşkian Şanxayda: İranın balanslaşdırılmış diplomatiyası üçün yeni imkan

Prezidentin ŞƏT və ŞƏT+ sammiti üçün Çinə səfəri onun dövlət başçısı kimi ölkəyə ilk səfəridir. Qərbin təzyiqi və sanksiyaların təzələnməsi təhlükəsi fonunda baş tutan səfər İranın balanslaşdırılmış diplomatiyası üçün dönüş nöqtəsi ola bilər. Şanxay birtərəflilikdən uzaqlaşaraq qarşılıqlı əlaqə və yaxınlaşma platforması təqdim edir... İran ŞƏT-in geosiyasi və geoiqtisadi hesablamalarında unikal mövqe tutur. Onun böyük neft və qaz ehtiyatları, şərq-qərb və şimal-cənub tranzit yollarının kəsişməsində yerləşməsi və Körfəz təhlükəsizliyində sabitləşdirici rolu İrana qlobal enerji və ticarətdə əsas rol verir. Çin ilə 25 illik əməkdaşlıq müqaviləsinə əsasən, bu imkanlar təmiz enerji, tranzit infrastrukturu və texnologiya əməkdaşlığı sahələrində birgə layihələrə çevrilə bilər.

India Today​ (Noida, Hindistan)

Şahbaz Şərif Modi-Putin-Xi üçlüyünə yaxınlaşmadı

Baş nazir Narendra Modi, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Xi Jinping bir-birinə sıxışaraq, əl sıxıb güldülər. Və qısa müddət sonra Baş nazir Modi və Putin kənarda dayanan Şahbaz Şərifin yanından sakitcə keçib getdilər.

V.VƏLİYEV (Tərcümə)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
sia.az

2Mənbələr