AZ

Gürcüstanın ali məktəblərində gürcü dilinin tədrisi məcburi olacaq

Tbilisi, 2 sentyabr, AZƏRTAC

Gürcüstanın bütün ali məktəblərdə gürcü dilinin tədrisi məcburi olacaq.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstanın "Ali təhsil haqqında" Qanununa əlavələr və dəyişikliklər olunub. Dəyişikliklərə əsasən, 2025-ci ildə ali məktəblərə qəbul olunmuş tələbələrə avqustun 1-dən etibarən bəzi bakalavriat və inteqrə olunmuş proqramlarda gürcü dili fənninin tədrisi məcburi olacaq. Bu tələblər müəllim hazırlığı, baytarlıq və tibb ixtisaslarına xüsusilə şamil olunacaq. Tələbələr dövlət tərəfindən təqdim olunan xüsusi gürcü dili kursunu keçməli olacaqlar.

Sentyabrın 1-dən ölkədə Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi ləğv edilir. “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, Təhsil, Elm və Gənclər Nazirliyi tabeliyində fəaliyyət göstərən Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyinin tam ləğvini təmin etməlidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
68
1
azertag.az

2Mənbələr