AZ

“Balakişi Qasımov rəhbərliyə gələndən sonra İTV də vəziyyət dəyişib” QULU MƏHƏRRƏMLİ

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

İTV-nin yaranmasının 20 ili tamam oldu. İctimai Televiziya Azərbaycanın Avropa Şurasına üzvlük öhdəlikləri çərçivəsində yaradılıb; Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklərdən biri məhz İctimai Televiziyanın fəaliyyətə başlaması idi.

Lakin son 20 il ərzində İctimai Televiziyanın digər telekanallardan fərqi çox da hiss olunmayıb. Xüsusilə sosial-iqtisadi məsələlərə yanaşması və siyasi verilişlərdə, tolk şoularda opponentlik prinsipinin qorunmaması açıq görünür. Məsələn, bəzi tolk şoularda studiaya dəvət olunan qonaqlar hamısı eyni mövqeyi paylaşır ki, bu da İctimai Televiziyada fikir plüralizminin vəziyyətini sual altına qoyur.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan professor Qulu Məhərrəmli İctimai Televiziyanın 20 illik yubileyini ölkənin televiziya məkanı üçün önəmli hadisə adlandırıb:

“Bu gün tamaşaçıların ən çox izlədiyi telekanallardan biri məhz İctimai Televiziyadır. Son illərdə təqdim etdiyi layihələr və maraqlı verilişlər də xüsusi vurğulanmalıdır.

İctimai Televiziya Azərbaycan Avropa Şurasına daxil olarkən qəbul edilmiş öhdəliklər çərçivəsində yaradılıb. Məqsəd cəmiyyətdə demokratiyanın inkişafına, fikir pluralizminin genişlənməsinə və əhalinin düzgün, dəqiq məlumatlandırılmasına xidmət etmək idi. Lakin təəssüf ki, televiziya əvvəldən düzgün istiqamətdə inkişaf etmədi. Daha çox “AzTV” modeli izlənildi, müəyyən uğurlar olsa da, əsas istiqamət yanlışdır.

Sonrakı dövrdə İctimai Televiziya uzun müddət AzTV-nin təsiri altında qaldı, kommersiya maraqları önə çəkildi və nəticədə televiziyada cəmiyyətə faydası olmayan bir sistem formalaşdı. Sosial, psixoloji və mənəvi mühit ciddi şəkildə pozuldu”.

Qulu Məhərrəmli bildirib ki, Balakişi Qasımov rəhbərliyə gələndən sonra vəziyyət dəyişib:

“Tam olaraq ictimai yayım prinsiplərinə əməl olunmasa da, maraqlı layihələr təqdim edildi, bəzi verilişlərdə müxtəlif mövqelərə və baxışlara yer verildi.

Hazırda da İctimai Televiziyanın ideal modelinə tam nail olunmasa da, fərqli idarəçilik üslubu və müxtəlif janrlarda verilişlər özünü göstərir. Xüsusilə gənclərə yönələn proqramlarda sərbəstlik, analitik və diskussiya verilişlərində isə müxtəlif baxışların ifadəsi diqqət çəkir.

Əsas məsələ bundan sonra bu meyillərin daha da gücləndirilməsi və İctimai Televiziyanın həqiqi ictimai yayım prinsiplərinə uyğun fəaliyyət göstərməsidir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
icma.az

1Mənbələr