Ötən il 58909 ölüm faktı qeydə alınıb.
APA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanın demoqrafik göstəriciləri" məcmuəsində öz əksini tapıb.
Onlardan 32436-ı kişi, 26473-ü qadın olub.
Eyni zamanda, statistikaya görə, ölümlərin böyük əksəriyyətinin səbəbi qan dövranı sisteminin xəstəlikləri olub. Belə ki, ötən il 33289 nəfər vəfat edib.