AZ

Yasamalda fəaliyyət göstərən “Yaban Pub & Restaurant”da qanun pozuntuları iddiası

[center][/center][b][i]Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 37 ünvanında yerləşən “Yaban Pub & Restaurant” fəaliyyətində bir sıra qanun pozuntularına yol verir.[/i][/b]Xüsusi.Tv-yə daxil olan məlumatda qeyd olunur ki, müəssisədə çalışan işçilərin əmək müqaviləsi olmadan, qeyri-rəsmi şəkildə işlə təmin edildiyi bildirilir. Bu isə əmək qanunvericiliyinə ziddir və işçilərin sosial müdafiəsiz qalmasına səbəb olur.

Bundan əlavə, məkanın kassasında POS-terminal mövcud olsa da, ödənişlərdə əsas üstünlük kartdan-karta köçürməyə verilir. Bu hal, vergi öhdəliklərindən yayınma və şəffaf maliyyə dövriyyəsinin gizlədilməsi ehtimalını artırır.

Qanunvericiliyə əsasən, ictimai iaşə obyektlərində bütün maliyyə əməliyyatlarının rəsmi şəkildə aparılması, ödənişlərin POS-terminal və ya kassa çeki vasitəsilə rəsmiləşdirilməsi tələb olunur. Əmək müqavilələrinin bağlanmaması və ödənişlərin qeyri-rəsmi şəkildə aparılması isə həm vergi, həm də əmək qanunvericiliyinin pozulması deməkdir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi və Vergilər Nazirliyi dərhal tədbir görməli, obyektdə yoxlama və araşdırmalar aparmalıdır.(Xüsusi.TV)

Seçilən
95
yenisoz.az

1Mənbələr