AZ

Vaşinqtondan Kiyevə pis xəbər: Bunu istəmirik!

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ABŞ-ın NATO müttəfiqləri  öz qoşunlarının Ukraynada yerləşdirilməsini istəmirlər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

“Avropa Ukraynada əsgər yerləşdirə bilər, lakin heç kim bunu etmək istəmir. Bu, indi olduğumuz yer baxımından məyusedicidir”, – o vurğulayıb.

Uitaker qeyd edib ki, Avropanın davam edən münaqişəni dayandırmaq üçün siyasi iradəsi yoxdur.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, ölkəsini üçün təhlükəsizlik təminatlarının əsas komponentlərindən biri  Avropa İttifaqına ( Aİ) qoşulmaqdır.

O, həmçinin bildirib ki, sentyabrın 4-də qondarma “istəklilər koalisiyası”nın növbəti iclası keçiriləcək və burada Ukrayna üçün təhlükəsizliyin təmin edilməsi üçün hazırlanmış məqamlar müzakirə olunacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
1
globalinfo.az

2Mənbələr