Rənglərini göydən bənövşəyiyə dəyişən "Sumqayıt" bu səbəbdən avtobusunun da dizaynını dəyişib.
Rekord.az xəbər verir ki, avtobusun üzlüyü bənövşəyi rəngə boyanıb.
Üzərinə "Sumqayıt" FK və "Böyük şəhərin tək komandası" yazılıb, eyni zamanda yenilənmiş "Mehdi Hüseynzadə"nin əksi həkk olunub.