Türkiyəli aktyor Kıvanç Tatlıtuğun dublyoru Mehmet Tan, "verişlərdən sonra şirkət mənə zəng edərək işdən çıxarıldığımı bildirdi",- dedi.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bu yaxınlarda Kıvanç Tatlıtuğun dublyor rolunu oynayan Mehmet Tan çəkiliş meydançasından kadrarxası görüntüləri paylaşıb.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Mehmet Tan yeni videosunda pərdəarxası görüntüləri paylaşdığı üçün işdən çıxarıldığını açıqlayıb. Tan videoda "Kıvanç Tatlıtuğun dublyoru olduğum bir səhnə üzə çıxdı və bir çox yer bunu paylaşdı. Bu paylaşımlardan sonra şirkət mənə zəng edərək işdən çıxarıldığımı bildirdi", - deyib. Tan videoda "Niyyətim qətiyyən kimisə pis göstərmək deyildi. Artıq dublyor olmaq istəmirəm", - deyə o bildirib.