AZ

"Organize İşler" serialı gəlir – Netflix-də yayımlanacaq

"Organize İşler" serialı gəlir – Netflix-də yayımlanacaqTürk kinematoqrafiyasının ən populyar komediya filmlərindən olan "Organize İşler" ekranlara geri qayıdır. Lakin bu dəfə film yox, serial formatında…

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 2019-cu ildə "Organize İşler: Sazan Sarmalı" filmi ilə tamaşaçı qarşısına çıxan seriya, indi "Organize İşler: Karun Xəzinəsi" adlı serialı ilə Netflix-də yayımlanacaq.

Layihənin ssenarisini və rejissorluğunu yenə də Yılmaz Erdoğan üzərinə götürüb. Serialın çəkilişlərinə 25 sentyabrda start veriləcək. Quruluşçu rejissor Şenol Sönmez, istehsalçı isə BKM Film olacaq.

İndiyədək açıqlanan aktyor heyətində Demet Akbağ, Kıvanç Tatlıtuğ, Uraz Kaygılaroğlu, Selim Bayraktar, Bensu Soral, Atakan Çelik, Burcu Özberk, Rıza Kocaoğlu və Ekin Türkmen kimi məşhur adlar yer alır.

Jurnalist Birsen Altuntaşın məlumatına görə, seriala yeni adlar da əlavə olunub. Belə ki, ustad aktyor Menderes Samancılar "Meftun Baba", Şükran Ovalı "Efsun", Onur Akbay "Ferit", Ersin Korkut isə "Şahbaz" obrazını canlandıracaq.

Serialın dəqiq yayımlanma tarixi isə hələ açıqlanmayıb.

Seçilən
0
sonxeber.az

1Mənbələr