Bakı. Trend:
Çinin Honq-Konq muxtar bölgəsində yerləşən Disneylend əyləncəmərkəzində filippinli turist attraksionda olarkən ölüb.
Trend xəbər verirki, bu barədə “Independent” nəşri yazır.
53 yaşlı kişi “Frozen Ever After” adlı attraksiona həyat yoldaşıilə minib. Çox keçmədən huşunu itirib. Xəstəxanaya çatdırılsa da,həkimlər onun həyatını xilas edə bilməyib. Ürək xəstəliyindənəziyyət çəkən həmin şəxs 2 saat ərzində vəfat edib.
Filippinli turistin həyat yoldaşı onun attraksionda yürüş zamanıkomaya düşdüyünü bildirib. İlkin araşdırma ölüm insidentinin“attraksiondan istifadə qaydalarının pozulması” ilə bağlıolmadığını əmin etsə də, həmin atraksionun bir ay müddətinəbağlandığı bildirilir.