AZ

Əfqanıstanda güclü zəlzələ nəticəsində ölənlərin sayıartır

Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1124 nəfərə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” Əfqanıstan Qızıl Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, təxminən 3251 nəfər xəsarət alıb.

Sentyabrın 1-nə keçən gecə Əfqanıstanda 6,0 bal gücündə zəlzələ baş verib. Fəlakətin episentri Pakistan sərhədi yaxınlığında, Cəlalabad şəhərindən 27,3 kilometr (17 mil) aralıda qeydə alınıb. Əfqanıstan Səhiyyə Nazirliyi bildirib ki , zəlzələnin ocağı ucqar dağlıq ərazidə yerləşdiyi üçün qurbanların sayı barədə tam məlumat əldə etmək üçün vaxt lazımdır.

Daha sonra Birləşmiş Ərəb Əmirlikləri ( BƏƏ ) axtarış-xilasetmə əməliyyatları aparmaq və Əfqanıstanın şərqində baş verən güclü zəlzələdən zərər çəkən insanlara yardım göstərmək üçün ölkəyə xilasedicilər qrupu göndərib. Bundan əlavə, Əmirliklər Əfqanıstana ərzaq, dərman, çadırlar və digər zəruri əşyalar da daxil olmaqla humanitar yardım göndərib.

Aminə Şahsuvarqızı

Seçilən
18
3
redaktor.az

4Mənbələr