AZ

Yaponiyada qəribə məhəbbət hekayəsi

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyada qəribə məhəbbət hekayəsinin sədası bütün dünyaya yayılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı gənc 83 yaşlı qarı ilə nikaha girməyə hazırlaşır.

Gənc Kofu özündən 60 yaş böyük Ayko ilə ötən il sevgililər günündə tanış olub. Tanışlıqdan bir qədər sonra bir-birilərinə vurulan cütlük artıq 1 ilə yaxındır ki, birgə yaşayırlar. Hər ikisinin ailəsi bu izdivaca xeyir-dua verib. Özü də Ayko Kofunun sinif yoldaşının nənəsidir.

Qeyd edək ki, 83 yaşlı Aykonun 1 qızı, 1 oğlu və 5 nəvəsi var. Qadın buna kimi 2 dəfə ərdə olub.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
525.az

1Mənbələr