
Lənkəran rayonunda avtomobil velosipedçini vuraraq öldürüb. Hadisə Ələt–Astara köhnə avtomobil magistralının Göyşaban kəndindən keçən hissəsində baş verib. Bu barədə “Report” məlumat yayıb.Məlumata görə, 2005-ci il təvəllüdlü Cavid Səfərli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmin rayonun Yuxarı Nüvədi kənd sakini, 1976-cı il təvəllüdlü Rəsim Təhmürovu vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Mərhumun meyiti müayinə üçün Lənkəran rayon Məhkəmə-Tibbi Ekspertiza şöbəsinə təhvil verilib. Faktla bağlı yol-nəqliyyat hadisəsi üzrə araşdırma aparılır.Ulusum.az
Diqqət Çəkənlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Partlayış səsləri eşidiləcək - Nazirlik XƏBƏRDARLIQ etdi
Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq