AZ

Quterreş: ŞƏT çoxqütblü dünyanın formalaşmasında unikal yer tutur - ÖZƏL

BMT-nin Baş katibi Antoniu Quterreş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çoxqütblü və dayanıqlı dünya nizamının qurulmasında xüsusi rol oynadığını bildirib. Olaylar.az xəbər verir ki, o, bu fikirləri Tiencində keçirilən ŞƏT sammitində çıxışı zamanı səsləndirib.
"Şanxay Əməkdaşlıq Təşkilatı daha sülhsevər, çoxtərəfli və davamlı gələcəyin formalaşmasında unikal mövqeyə malikdir", - deyə o vurğulayıb. BMT rəhbəri əlavə edib ki, dünya sürətlə çoxqütblü quruluşa doğru gedir. Bu prosesdə əsas rolu beynəlxalq ticarəti və diplomatik münasibətlər sistemini dəyişdirən inkişaf etməkdə olan iqtisadiyyatlar oynayır. Onun sözlərinə görə, baş verən dəyişikliklər beynəlxalq institutların, xüsusilə maliyyə qurumlarının yenilənməsini tələb edir ki, inkişaf etməkdə olan ölkələrin maraqları ədalətli şəkildə nəzərə alınsın. "Artıq biz 1945-ci ildə deyilik - institutlarımız bu günün reallıqlarını əks etdirməlidir", - Quterreş qeyd edib. Bu kontekstdə o, Çin Xalq Respublikasının Sədri Si Cinpinin irəli sürdüyü qlobal idarəçilik təşəbbüsünü dəstəklədiyini açıqlayıb: "Mən qlobal idarəçilik təşəbbüsünü alqışlayıram və bu təşəbbüsün çoxtərəfliliyə əsaslanması, BMT-nin rəhbərliyi ilə beynəlxalq sistemin və beynəlxalq hüquqa əsaslanan nizamın qorunmasının vacibliyini vurğulaması çox önəmlidir".
Xatırladaq ki, 31 avqust - 1 sentyabr tarixlərində Tiencində keçirilən sammitdə 20-dən çox dövlətin liderləri və10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Sammitin yekununda əməkdaşlıq üzrə 15 yeni sənəd imzalanıb. ŞƏT+ formatında keçirilən geniş iclasda Si Cinpin beş bənddən ibarət qlobal idarəçilik təşəbbüsü irəli sürüb. Təşəbbüsdə beynəlxalq hüquq normalarına riayət edilməsi, çoxtərəflilik prinsipinin müdafiəsi, ikili standartlardan imtina və bütün ölkələrin böyüklüyündən asılı olmayaraq qlobal idarəetmədə bərabər iştirakının təmin edilməsi vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
75
olaylar.az

1Mənbələr