AZ

Bu ölkə də elan etdi: Fələstinin müstəqilliyini tanıyacaq

Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını bildirib.

Publika.az xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost “X” hesabında yazıb.

O qeyd edib ki, Belçika iki dövlətli həll və ya İsraillə yanaşı dinc yaşayan Fələstin dövlətinin yaradılmasına yol açacaq Nyu-York Bəyannaməsini imzalayanlara qoşulacaq.

Prevost əlavə edib ki, bu qərar “Fələstində, xüsusilə də Qəzzada baş verən humanitar faciə fonunda və İsrailin beynəlxalq hüquq normalarını pozaraq törətdiyi zorakılığa cavab olaraq” qəbul edilib. Prevost bildirib ki, Belçika Fransa və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birgə diplomatik təşəbbüsün bir hissəsi kimi Fələstin dövlətini tanımaq niyyətindədir.

Seçilən
77
1
publika.az

2Mənbələr