AZ

Nestle şirkətinin direktoru gizli eşqin qurbanı oldu

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nestle şirkətinin baş direktoru həmkarı ilə gizli eşq münasibətinə görə işdən çıxarılıb.

AzPost bildirir ki, bu barədə Nestle-nin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Loran Freyşetin işdən çıxarılmasına səbəb onun tabeliyində olan işçi ilə romantik münasibəti olub. Bu cür davranış şirkətin daxili normalarına ziddir.

Freichet şirkətə cəmi bir il rəhbərlik edib.

“Bu, zəruri qərar idi. Nestle-nin dəyərləri və idarəetmə sistemi şirkətimiz üçün möhkəm təməldir. Mən Laurentə Nestle-də işlədiyi illər üçün təşəkkür edirəm”, – korporasiyanın direktorlar şurasının sədri Pol Bulke bildirib.

Əvvəllər vitse-prezident vəzifəsini tutan Filip Navratil yeni baş direktor olub.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
azpost.info

2Mənbələr