İngiltərə Premyer Liqası klubları yay transfer pəncərəsində rekord məbləğ - 3 milyard funt-sterlinqdən çox vəsait xərcləyiblər.
Publika.az xəbər verir ki, rekord hədd “Nyukasl”ın hücumçusu Aleksander İsakın “Liverpul”a keçidi ilə aşılmış olub. "Transfermarkt"ın məlumatına görə, isveçli futbolçunun transferi 130 milyon funt-sterlinqə başa gəlib.
Beləliklə, 2025-ci ilin yay transfer pəncərəsi İngiltərə Premyer Liqasının tarixində ən bahalı dövr kimi yadda qalıb. Bu, eyni zamanda bütün dövlər üzrə bir çempionat klublarının xərclədiyi ən yüksək məbləğdir.
Heybət