1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) əməkdaşları Suriyada uranın izlərini aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, uranın izləri 2007-ci ildə İsrail tərəfindən hava hücumu nəticəsində dağıdılan obyektlə aşkar edilib.
"Binada gizli şəkildə qurulmuş nüvə reaktoru ola bilərdi", - deyə BAEA-dan bildirilib.
Xatırladaq ki, Suriyanın sabiq hökuməti hər zaman ölkədə nüvə silahının olması ilə bağlı iddiaları rədd edib.