AZ

Nestle-də qəfil direktor dəyişikliyi - Gizli romantik münasibəti üzə çıxdı, vəzifəsini itirdi

İsveçrənin qida nəhəngi Nestle şirkəti, İcraçı direktoru Laurent Freixe-nin bir şirkət əməkdaşı ilə gizli romantik münasibətini açıqlamaması səbəbilə vəzifəsindən qəfil azad edildiyini açıqlayıb. Bu qərar, Freixe-nin vəzifəyə təyin edilməsindən düz bir il sonra verilib.

Marja.az xəbər verir ki, Şirkət, KitKat-dan Nesquik-ə qədər məhsulları ilə tanınan Nestle-də İcraçı direktoru vəzifəsinə, Nespresso kahvə bölməsinin rəhbəri olan təcrübəli menecer Philipp Navratil-in təyin edildiyini bildirib.

Nestle, Freixe-nin vəzifədən azad edilməsinin, İdarə Heyətinin sədri Paul Bulcke və Müstəqil Direktor Pablo Isla tərəfindən aparılan araşdırma nəticəsində şirkətin etik qaydalarını pozan gizli romantik münasibətlə əlaqəli olduğunu açıqlayıb.

Paul Bulcke deyib: “Bu zəruri bir qərar idi. Nestle-nin dəyərləri və idarəetməsi şirkətimizin möhkəm təməlidir. Laurentə uzun illər ərzində verdiyi xidmətlər üçün təşəkkür edirik.”

Nestle CEO dəyişimi Laurent Freixe Philipp Navratil Nespresso KitKat Nesquik iş etikası romantik münasibət vəzifədən azad olunma İsveçrə Paul Bulcke Pablo Isla rəhbərlik şirkət dəyərləri ani dəyişiklik
Seçilən
60
1
marja.az

2Mənbələr