Bakı. Trend:
Sudanın qərbində yerləşən Darfur bölgəsində torpaq sürüşməsinəticəsində bütöv bir kənd dağılıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, təbii fəlakət nəticəsində təxminən 1000 nəfərhəyatını itirib.
Sudan Azadlıq Ordusunun (SAO) nümayəndəsinin bildirdiyinə görə,hadisə günlərlə davan edən leysan yağışlardan sonra baş verib vəkəndi “tamamilə yerlə yeksan edib”. Marra dağlarının yaxınlığındayerləşən həmin yaşayış məntəqəsindən yalnız bir nəfər sağçıxıb.
SAO qurbanların cəsədlərinin çıxarılmas işində yardımıngöstərilməsi üçün Birləşmiş Millətlər Təşkilatına və beynəlxalqyardım təşkilatlarına müraciət edib.