AZ

"Fənərbağça"nın futbolçusu "Əl-Hilal"da

Türkiyənin "Fənərbağça" komandasının futbolçusu Yusuf Akçiçək Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib.

"Unikal" xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 2029-cu ilədək müqavilə imzalanıb. İstanbul nəhəngi bu transferdən 22 milyon avro qazanıb.

"Əl-Hilal" Yusufu başqa kluba satarsa, "Fənərbağça"ya 15 faiz pay çatacaq.

Seçilən
14
unikal.az

1Mənbələr